Hərbi Dəniz Qüvvələrin taktiki təlimlərdə döyüş atışları ediblər

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

Təlimlərin birinci mərhələsi üzrə növbəti tapşırıq olaraq gəmi və katerlər tərəfindən qumbaraatma çalışmasının yerinə yetirilməsi üzrə tapşırıqlar icra olunub.

Sonra hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı icra olunacaq.

Daha sonra gəmi qrupu tərəfindən şərti düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq ediləcək.

Qeyd edək ki, təlimlər iyunun 23-dək davam edəcək. Sabah təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button