Moldovanın nüfuzlu xəbər portalları Azərbaycandan yazıb

“tribuna.md”, “ava.md” və “noi.md” saytları...

Moldovanın nüfuzlu xəbər portalları işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna – Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsinin enişi barədə məqalələr yayıb.

Xural.com xəbər verir ki, “tribuna.md”, “ava.md” və “noi.md” saytlarında dərc edilən məqalələrdə qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik olaraq həmin təyyarə “Qarabağ” adını daşıyır.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Məqalələrdə vurğulanıb ki, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

  1. https://tribuna.md/ru/2021/09/05/azal-karabah-samolet-aeroport-fuzuli/
  2. https://noi.md/ru/v-mire/prinadlezhashhij-azal-samolet-karabah-prizemlilsya-v-fizulinskom-ajeroportu?prev=1
  3. https://ava.md/2021/09/05/prinadlezhaschiy-azal-samolet-karabah/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button