Müəllimlikdən çətin peşə yoxdur

Lalə Qorçuyeva

 M.Şəhriyar adına 193 saylı məktəbin 7-ci sinif şagirdi

 M.Şəhriyar adına 193 saylı məktəbin 7-ci sinif şagirdi Qorçuyev Laləyəm. Mənim məktəbin ilin məktəbi adına layiq görülüb. Çünki məktəbimizdə yüksək səviyyədə dərs keçirilir. Müəllimlərimiz bizə qarşı çox mehriban və diqqətcildir. Onlar bizə çox əmək göstərir. Mən çalışıram ki, onların əməyini boşa sərf etməyim. Dərslərimi yaxşı oxuyum, əla qiymətlər alım. Mənim fikrimcə, dünyada bütün peşələr çətindir. Amma müəllimlikdən çətin peşə yoxdur. Mən bütün fənləri və bütün fənlərin müəllimlərini çox sevirəm. Ancaq ən çox Azərbaycan dili, ingilis dili, cəbr, həndəsə, coğrafiya fənlərini daha çox sevirəm. Mən prezidentimizə və direktorumuz Rahim müəllimə çox təşəkkür edirəm ki, bizim oxumağımız üçün böyük şərait yaradıb. Bizim məktəbimiz get-gedə müasirləşir.

 «Xural»a qarşı əsassız məhkəmə

 Sizin qəzeti həmişə evimizdə, stolun üstündə görmüşəm. Bu qəzeti babam alır, oxuyur və stolun üstündə qoyub gedir. Hərdən qəzeti mən də götürüb oxuyuram. Görürəm ki, yazdığınız tənqidi məqaləyə görə sizi çoxlu hədələyirlər, məhkəməyə verirlər qəzeti, cəriməyə salırlar. Axı, siz düz olan şeyləri yazırsınız. Haqsızlar özləri özlərini məhkəməyə versinlər ki, biz niyə nöqsana yol veririk.

 Redaksiyadan: «Danışan Azərbaycan» layihəsinə məktub göndərən və hətta «Xural»ı müdafiəyə qalxan gül balamız Laləyə təşəkkür edirik.

Layihədə iştirak etmək istəyən balalarımızdan isə xahiş edirik ki, yalnız məktəbli formasında çəkilən şəkillərini göndərsinlər.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button