AAN Mehman Qələndərovla bağlı bəyanat yaydı

Azad Azərbaycan Naminə Təşkilatı həbsxanada intihar edən Mehman Qələndərovla bağlı bəyanat yayıb. Xural.com-a daxil olan bəyanatda deyilir ki, Azad Azərbaycan Naminə təşkilatı aprelin 28-də müəmalı şəkildə 1 saylı İstintaq Təcridxanasında intihar edən siyasi məhbus Mehman Qələndarovun intihar səbəbini Azərbaycan hakimiyyətindən ciddi şəkildə araşdırılmasını tələb edir.

”Bunu hazırda həbsdə olan digər siyasi məhbuslara qorxu və hədə kimi qiymətləndiririk. Bu cür hadisələr ölkə adina utanc və xələldən başqa heç nə vəd etmir. Azərbaycan huquq-muhafizə orqanları bu müəmmalı cinayət işini ciddi şəkildə araşdırıb cəmiyyətə və ictmayyətə məlumat verməlidir”- deyə bəyanatda deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button