Abbas Abbasovun oğlu Rusiyaya görə Avropanı qınadı, Hitleri yada saldı

Azərbaycan Milli Məclisinin keçmiş deputatı, keçmiş baş nazirin müavini Abbas Abbasovun oğlu Aydın Abbasov Rusiyanın beynəlxalq “Sputnik” agentliyinin türk versiyasına açıqlamasında Avropanın Moskvaya qarşı mövqeyini qınayıb.

Virtualaz.org xəbər verir ki, A.Abbasov açıqlamasında Rusiya-Avropa münasibətlərinin “ənənəvi olaraq çox tarixi və zəngin olduğunu” deyib.

O, 18-ci əsrdə I Pyotrun Avropa ilə yaxınlaşmaq üçün həyata keçirdiyi islahatları xatırladıb. “Avropanı Napaleon və Hitler kimi bəlalardan Rusiya qurtardı. Ancaq bu gün Rusiya ilə Avropa arasında soyuq günlər yaşanır. Ola bilsin bunun əsas səbəbi Ukraynadır. Bu gün Rusiya SSRİ-dən fərqlidir, ancaq Avropa hələ soyuq müharibə məntiqi ilə hərəkət edir. Mən AŞPA-nın sessiyalarında bunun dəfələrlə şahidi olmuşam. Məncə Rusiyaya qarşı sərt bəyanatların dozası azaldılmalıdır. Təəssüf ki, Avropa Rusiyanı lazımınca dəyərləndirmir”– o deyib.

A.Abbasovun fikrincə, Avropa Rusiyaya qarşı “ikili standartlar”dan çıxış edir. Rusiyanı “işğalçılıqda” ittiham etsə də, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumur.

“AŞPA-dakı Azərbaycan nümayəndə heyəti Rusiya olmadan assambleyasının fəaliyyətinin zəifləyəcəyini dəfələrlə ifadə edib.  Rusiyaya qarşı qətnaməyə səs verməyib. Əslində bütün bunlar prezident İlham Əliyevin düzgün siyasətinin nəticələridir”-o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button