Abbas Aqil M.Quliyevi qəzəbləndirib

aqil m.quliyev

Populyar klipmeyker Aqil M. Quliyev müğənni Abbas Bağırov haqqında sərt fikirlər səsləndirib

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, Abbasla çəkdikləri Azərbaycan şou-biznesinin ən bahalı kliplərindən birinin hələ də efirə çıxmamasından narazıdır: «2 il əvvəl 30 min manatdan artıq pula çəkilmiş «Sarı gəlin» klipi hələ də efirə çıxmayıb. Düşünürəm ki, o, Abbasa lazım deyil», – deyə rejissor qeyd edib. Klipin xərclərinin yarısını özünün ödədiyini deyən Aqil M.Quliyev fikrini belə davam etdirib: «Bizim şirkətimiz əlindən gələni edib. Klip YouTube portalına yerləşdirilib və hər bir internet istifadəçisi ona baxa bilər. Amma mən daha təşəbbüs göstərmək, klipin efirə çıxmasına çalışmaq niyyətində deyiləm. Bu müğənnini «raskrutka» etməyəcəm! Nə onun piar-meneceriyəm, nə də yeni toy «tutmaqda» ona kömək etməyə borcluyam. Sadəcə, təəssüflənirəm ki, hər bir azərbaycanlı üçün belə qiymətli olan mahnıya böyük əziyyətlə çəkilmiş klip müğənninin şıltaqlığı üzündən demək olar ki, öldü».

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button