Abbas Bağırov yenə pərdəli avtomobildə

Bir neçə gün əvvəl “Qafqazinfo” müğənni Abbas Bağırovun avtomobilinin pərdələrinin yol polisləri tərəfindən sökülməsi haqda xəbər yaymışdı. Həmin xəbər beləydi ki, DYP əməkdaşları “plyonka”lara qarşı reyd keçirən zaman qarşılarına Azərbaycanın istedadlı və tanınmış müğənnisi Abbas Bağırov çıxıb.

Daha doğrusu A. Bağırovun idarə etdiyi 90 BA 006 dövlət nömrə nişanlı, Lexsus- 570 markalı pərdəli avtomobil polislər tərəfindən saxlanılıb.

Maşından düşən müğənniyə avtomobilin bu şəkildə idarə edilməsinin düzgün olmadığı, “plyonka” və pərdələrin sökülməsinin zəruriliyi çatdırılıb. Lakin Abbas Bağırov mübahisə edərək əmrə tabe olmaq istəməyib. Paytaxtın Üzeyir Hacıbəyov küçəsində baş verən bu mübahisədə yol polisinin əməkdaşları qətiyyətli davranaraq müğənninin maşınına şəxsən əl gəzdirməli olublar. Onlar maşında artıq hesab etdikləri, yəni istifadəsinə icazə verilməyən pərdə və “plyonka”ları soyublar.

Lakin dünən A.Bağırov sözügedən avtomobili ilə birlikdə, özü də köhnə qaydada, yəni şüşələri “Plyonka” və pərdəli şəkildə əməkdaşımızla qarşılaşıb. Əməkdaşımız müğənninin avtomobilini mobil telefonla da olsa çəkə bilib. Bu şəkillərdə aydın olur ki, A.Bağırov heç nəyə məhəl qoymadan, daha doğrusu, DYP əməkdaşlarını vecinə almadan avtomobilini pərdəli şəkildə idarə edir.

Bizim istedadlı müğənni ilə heç bir şəxsi-qərəzimiz yoxdur. Sadəcə iki gün əvvəl polisin müdaxiləsi ilə pərdəsi endirilən avtomobilin yenidən əvvəlki vəziyyətində olması faktına diqqət çəkmək istəyirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button