Abdin Fərzəliyev dövlət tədbirlərinə niyə çağrılmır?

Abdin Fərzəliyev

Nərimanov rayonunun icra başçısına etimad itib

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev hakimiyyətin yuxarı dairələrinin etibarını itirib.

Bu barədə iddia irəli sürən mənbə XuralТАЪ-a açıqlamasında deyib ki, icra başçısı son bir neçə ayda dövlət tədbirlərinə dəvət olunmayıb. Məlumatda deyilir ki, Nərimanov rayonunun başçısı bütün icra başçılarının dəvət olunduğu tədbirlərə belə çağrılmır.

A.Fərzəliyevin hakimiyyət dairələri tərəfindən bu cür çıxdaş edilməsinin səbəblərinə aydınlıq gətirən qaynağımızın sözlərinə görə, icra başçısından Prezident Administrasiyasına son bir neçə ayda göndərilən aramsız şikayət məktubları onun “qələmənin qırılmasına” gətirib çıxarıb. Məlumata görə, icra başçısı olduğu müddətdə Nərimanov rayonunda yaşıllıqlara qənim kəsilən A.Fərzəliyev PA-ya edilən şikayətlərin qarşısını almaq üçün heç bir tədbir görmür və bu şikayətlər də onun fəaliyyətinə paralel şəkildə artan formada davam edir.

Mənbəmiz onu da deyir ki, Abdin Fərzəliyevin hələ də icra başçısı postunda əyləşməsinin tək səbəbi onun hakim Yeni Azərbaycan Partiyasının yaranmasındakı xidməti, həmçinin, mərhum prezident Heydər Əliyevə sədaqəti rol oynayır: “Abdin Fərzəliyev mərhum Heydər Əliyevin cangüdəni olub. Buna görə də onun adının üstündən xəttə çəkə bilmirlər”.

Buna baxmayaraq, sədaqətin əvəzinin ödənildiyini də iddia edirlər. Gözlənilir ki, Nərmimanov rayon başçısı növbəti ilin ortalarına qədər tutduğu vəzifəsindən uzaqlaşdırılacaq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button