Abdullah Gülü kim öldürmək istəyər?!-SENSASİYA

Türkiyənin “Milliyet” qəzetində dünən dərc olunan Talat Atillanın “Gülün xidməti maşınında zəhərli qaz şübhəsi” başlıqlı yazısı bu gün qəzetin saytından silinib.

Strateq.az xəbər verir ki, həmin yazıda keçmiş prezident Abdullah Gülün xanımı Hayrünnisa Gülə istinadən sensasion iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, sabiq prezidentə dövlət tərəfindən ayrılmış xidməti maşında narahatedici qoxular gəlib və bu səbəbdən Gülün xanımı sürücüyə belə təlimat verib: “Abdullah  bəy maşından hər düşdükdən sonra sərxoş kimi olur. Maşın hərəkətdə olarkən sanki içəriyə zəhərli qaz verilir. Həyat yoldaşımı öldürmək istəyənlər ola bilər. Abdullah bəy belə şeyləri diqqətə almaz. Buna görə ona söyləmədən maşına yaxşı baxdırın”.

Bu yazının hansı səbəbdən, yaxud kimin tələbi ilə saytdan qaldırıldığı haqda isə heç bir məlumat verilmir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button