Abel Məhərrəmov jurnalistika fakultəsinin “altını üstünə” çevirdi….

BDU-da gözlənilməz proses –Jurnalistika fakültəsinin dekanı və dekan müavini vəzifələrindən uzaqlaşdırıldı.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyevə qarşı haqsızlıq.

dekan müavini Əli HacıyevBu barədə xural.com-a BDU-dan məlumat verilib.

Məlumata görə, onlar öz ərizələri tutduqları vəzifələrindən uzaqlaşıblar.

Xatırladaq ki, Ş. Vəliyev bu il fevralın 2-də insult diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Şahidlərin dediklərinə görə,  Vəliyevin bu duruma düşməsində səbəb BDU-nun rektoru Abel Məhərrəmovla aralarında olan gərgin münasibət olub.  Dekan xəstəliyi ilə əlaqədar tutduğu vəzifədən təbii olaraq uzaqlaşdırılandan sonra, onun yerinə namizəd kimi Cahangir Məmmədli təyin olunub. C.Məmmədli vəzifəsini müvəqqi i icra etdiyi dönəmdə dekan müavini Ə.Hacıyevi də tutduğu vəzifədən uzaqlaşdırıb. BDU-nun jurnalistika fakultəsinin tələbələri bu qərarı qərəzli hesab edir və Hacıyevi tələbələrlə “dil tapan” yeganə məsul əməkdaş hesab edirlər. Bu addımı isə universitet rəhbərliyinin az-çox azad təfəkkürə malik jurnalistika fakultəsində “ciddi nizam-intizam yaratmaq” həvəsindən irəli gəldiyini söyləyirlər.

Qeyd edək ki, Şamil Vəliyev 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri və dekanı vəzifəsində çalışıb.

Əli Hacıyev isə 1985-ci ildən BDU-da çalışır. Bundan əvvəl 1979-1983-cü illərdə İşıq nəşriyyatında çalışıb. 1983-cü ildə BDU, televiziya və radiojurnalistikası kafedrası, tədris teleradio studiyasının müdiri vəzifəsində işləyib. 1998-ci ildən televiziya və radiojurnalistikası kafedrasının baş müəllimi, jurnalistika fakültəsinin dekan müavini işləyib.

Hazırda universitetdə Jurnalistika fakültəsinin dekanı vəzifəsini Cahangir Məmmədli, dekan müavini vəzifəsini isə Könül Niftəliyeva icra edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button