ABŞ-da FETÖ üzvlərinin həbsi başladı

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb.

Xural.com virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, FETÖ-ya qarşı 15 ştatda iş aparılır.

“Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb”, – deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button