ABŞ-da Türkdilli Xalqlar Günü keçirildi

01_ar-in-absh-sefirliyi-turkdilli-xalqlar-gunu-tadbir (1)20.06.2013
Azərbaycanlı diplomat ABŞ-ın Nyu-York ştatında keçirilən Türkdilli Xalqlar Günündə çıxış edib 

ABŞ-ın Nyu-York ştatının paytaxtı Albani şəhərində Türk-Amerikan Assosiasiyaları Şurası tərəfindən Türkdilli Xalqlar Günü keçirilib. Tədbirdə Nyu-York ştatının dövlət katibi, bir sıra yerli senatorlar və Nyu-York Assambleyasının üzvləri, diplomatlar, o cümlədən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi və türkdilli xalqların ABŞ-da yaşayan çoxsaylı təmsilçiləri iştirak ediblər.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, tədbir çərçivəsində “ABŞ-ın türkdilli dövlətlərlə münasibətləri” mövzusunda panel keçirilib. Paneldə çıxış edən Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan diplomatları ABŞ ilə təmsil etdikləri ölkələr arasında münasibətlərdən danışıblar.

Azərbaycan səfirliyinin nümayəndəsi Emin İbrahimov öz çıxışında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətindən və ölkəmizin güclənən beynəlxalq mövqeyindən bəhs edib. O, Azərbaycanın bu gün beynəlxalq təhlükəsizliyə və regionun iqtisadi tərəqqisinə ciddi töhfə verən bir dövlət olduğunu vurğulayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button