ABŞ-dan sərt hesabat: “Azərbaycanda siyasi azadlıqlara məhdudiyyətlər artıb”

Hesabatda həmçinin radikal terrorist qruplar və oların totalitar təfəkkürlü davamçıları tənqid olunur. Bu sırada İŞİD, Boko Haram, Əl-Şəbab və Talibanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərə istinad edilir. “Baş verən hüquq pozuntularına genosid, eləcə də İraq və Suriyada dini azlıqları hədəf alan bəşəriyyətə qarşı cinayətlər daxildir,” sənəddə bildirilir.

Siyasi azadlıqlara basqılar

Hesabatın Azərbaycan dair hissəsinin girişində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etməsi vurğulanır. 2013-cü ildə keçirilmiş prezident seçkilərinin ATƏT kriteriyalarına əsasən demokratik standartlara cavab vermədiyi qeyd olunur. Müxtəlif mənbələr sivil cəmiyyətə davamlı basqılar, o cümlədən həbslər və qondarma cinayət işlərinin qaldırıldığı barədə xəbərlər veriblər.

İnsan haqları sahəsində sadalanan başlıca prolemlər kimi siyasi azadlıqlara qoyulan məhdudiyyətlər, sifarişli məhkəmə sistemi və seçki pozuntuları qeyd olunur.

Hökumətin ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına basqıları hədə-qorxu taktikalarında, qondarma ittihamlarla həbslərdə özünü büruzə verib. Sivil cəmiyyətə basqılar qeyri hökumət təşkilatlarına qarşı başlanmış cinayət işlərindən tutmuş bank hesablarının dondurulmasınadək bir çox əməlləri əhatə edib.

İntiqam Əliyev

İntiqam Əliyev

Hesabatın müqəddiməsində vurğulanır ki, hökumət vətəndaşların öz hakimiyyətlərini azad və ədalətli seçkilərdə dinc yolla dəyişmək hüquqlarını məhdudlaşdırır.

Eyni zamanda Azərbaycanda hökumət orqanları insan haqları pozuntularında əli olan rəsmiləri cəzalandırmaq üçün addımlar atmayıb və cəzasızlıq mühiti ölkədə problem olaraq qalıb.

Arbitrar həbslər və saxlanmalara dair olan hissədə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərinin adları xüsusi vurğulanır. Birbaşa prezidentə tabe olan bu qurumlar dinc etirazçıları həbs edir və onlara qarşı ifrat zorakılığa əl atırlar.

Həbslər zamanı bir sıra hallarda qanunlara riayət olunmadığı hesabatda qeyd olunur. İnsan haqları vəkili İntiqam Əliyevə öz vəkilləri ilə dörd həftə görüşməyə icazə verilməyib. Eləcə də, 23 iyulda tanınmış jurnalist Emin Millinin qaynı Nazım Ağabəyov heç kəsə xəbər edilmədən bir həftə həbsdə saxlanılıb. Rəsmilər ailə üzvlərindən insanlara özlərini polisə təslim etmək üçün təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan hökuməti söz azadlığı və müstəqil medianı məhdudlaşdırır

Qanunların söz və mətbuat azadlığını təmin etməsi və mətbuata senzuranı qadağan etməsinə baxmayaraq, hökumət bu hüquqlara çox vaxt hörmət göstərmir. Azərbaycan hökuməti söz azadlığı və müstəqil medianı məhdudlaşdırır. Jurnalistlər hədələrlə üzləşib, bəzi hallarda döyülüb və həbs ediliblər. QHT-lər ilin sonuna kimi 13 jurnalist və blogerin siyasi məhbus, ya da məhbus olduğunu qeyd edib. İyunun 13-də İsveçrənin Xarici İşlər Nazirliyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynoun iyunun 12-də İsveçrənin Xarici İşlər naziri Didiyer Burkhalterin təyyarəsində ölkəni tərk etdiyini bildiirb. Hüseynov rəsmilərin 2014-cü ildə tanınmış üç insan haqları fəalını həbs etdikdən sonra 10 ay İsveçrə səfirliyində gizlənirdi. Yay aylarında hökumət xaricdə olan jurnalistlərin qohumlarına təzyiqləri gücləndirib.

Demokratiya tərəfdarı fəal, bloqer Emin Milli

Demokratiya tərəfdarı fəal, bloqer Emin Milli

Konstitusiyada söz azadlığının təmin olumnasına baxmayaraq, hökumət siyasi baxımdan həssas məsələlərlə əlaqədar repressiyaları davam etdirib. Aprelin 16-da Avropa Şurasının insan haqları üzrə komissiyası bildirib:”Azərbaycanda fərqli fikir, ya da rəsmiləri tənqid edənlərə qarşı repressiya modeli var. Bu, xüsusilə insan haqları müdafiəçiləri, eləcə də jurnalistlər və başqa fəallara aiddir ki, onlar etibarlılığı şübhə doğuran ittihamlarla qaşılaşa bilər. Belə ittihamlar bu şəxsləri susdurmağa cəhd kimi qiymətləndirilir və onların ifadə azadlığı hüququndan legitim şəkildə istifadə etmələri ilə bağlıdır.”

Amerikanın Səsi, AzadlıqRadiosu və BBC kimi xaici yayım şirkərlərinin FM tezliklərində yayımına qadağanın qalmasına baxmayaraq, Rusiyanın “Sputnik” şirkətinin yerli radio şəbəkəsində yayımına icazə verilib. Senatyabrın 21-də prezident administrasiyasının rəsmisi beynəlxalq medianı ölkədən məlumatlar yaydığına görə “qeyri-qanuni fəaliyyət göstərməkdə” ittiham edərək, Berlində qərargahlanan Meydan TV və Amerikanın Səsinin adlarını çəkib. AzadlıqRadiosunun Bakı ofisi bağlı olaraq qalır.

Vəkil Elton Quliyev və Xədicə İsmayılova

Vəkil Elton Quliyev və Xədicə İsmayılova

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi korrupsiya haqda haqda yazıları və insan haqlarını müdafiə etdiyinə görə tanınmış müstəqil jurnalist Xədicə İsmayılovanı müşahidəçilər tərəfindən siyasi motiv daşıdığı kimi qiymətləndirilən cinayətlərə görə məhkum edib. Amnesty International İsmayılovanı vicdan məhbusu hesab edir, bir sıra ölkələrin hökumətləri, müstəqil jurnalistlər , insan hüquqları təşkilatları onun azad edilməsinə çağırır

Rəsmilər həmçinin ölkədə aparıcı media hüquqları müdafiəçiləri və təşkilatlara qarşı təzyiqləri artırıb.

Bir il ərzində rəsmilər ölkə xaricində müstəqil media qurumları və ölkədə onlarla əlaqəsi olanlara qarşı təzyiqləri gücləndirib. Məsələn, Berlində qərargahlanan Meydan TV-nin təsisçisi və keçmiş vicdan məhbusu Emin Milli üçüncü şəxs vasitəsilə hökumət tərəfindən ölüm təhdidi aldığını bildiirb. Rəsmilərin Meydan TV ilə əlaqəsi olan bir sıra müstəqil jurnalisti saxladığı və sorğu-sual etdiyi haqda məlumat verilib.

Yerli müşahidəçilərin bildirdiyinə görə, 2014-cü ildə 64 jurnalist təzyiqə məruz qalıb. Bu hücumların çoxu AzadlıqRadiosu, Azadlıq və başqa qəzetlər, eləcə də Obyektiv TV-nin jurnalistlərinə qarşı olub. 2014-cü ildə 64 jurnalist təzyiqə məruz qalıb. Bu hücumların çoxu AzadlıqRadiosu, Azadlıq və başqa qəzetlər, eləcə də Obyektiv TV-nin jurnalistlərinə qarşı olub.

Bu tendensiya il boyu davam edib. Məsələn, avqustun 8-də bir foto qrup şəxs jurnalist Rasim Əliyevi döyüb və o, aldığı xəsarət nəticəsində avqustun 9-da dünyasını dəyişib. Ölümündən əvvəl Əliyev media nümayəndələrinə Facebook səhifəsində futboçu Cavid Hüseynov və Hüseynovun iyulun 30-da Kiprlə matçda Avropa Liqası Futbol Assosiasiyası Birliyində davranışını əlaqədar tənqidi şərhinə görə döyüldüyünü bildiribş Əliyev həmçinin Hüseynovun qohumunun ona zəng edib və tənqidi şərhi müzakirə etməyə çağırdığını deyib. Əliyev əvvəlcədən təşkil olunmuş görüşə gələndə, arxadan vurulduğunu və onun pul qabı və telefonunu hadisə yerini tərk edərkən götürüb apana altı nəfər tərəfindən döyüldüyünü bildirib. Rəsmilər cinayət işi açıb və hücumçuları və Hüseynovu həbs edib.

Rəsmilərin əvvəlki illər jurnalistlərə fiziki təzyiqlərə görə polis işçilərini məsul tutduğuna dair işarə yoxdur.

Jurnalist Elmar Hüseynovun qatilləri hələ də həbs olunmayıb.

Jurnalist Elmar Hüseynovun qatilləri hələ də həbs olunmayıb

Jurnalistlər və media hüquqları müdafiəçiləri 2011-ci lidə jurnaslit Rafiq Tağı və 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlləri ilə bağlı təhqiqat aparılmasına dair çağırışlarını davam etdirir.

Jurnalistlərin və media qurumlarının qorxudulması məqsədilə siyasi motivli xarakter daşığından şübhələnilən məhkəmə proseslərindən istifadə edilir. 2014-cü il ərzində jurnalistlər və media qurumlarına qarşı 59 məhkəmə işinin açıldığı haqda məlumat verilir. İddiaçılar kompensasiya olaraq 2,5 milyon manat cərimə istəyib, məhkəmələr tərəfindən 180 min manat cərimə istənilib.

Müstəqil və müxalif qəzetlər maaşların və vergilərin, eləcə də məhkəmə tərəfindən cərimələrin ödənməsi kimi problemlərləq qarşılaşaraq, maliyyə baxımından acınacaqlı vəziyyətdə qalmağa davam edir. Hakimiyyət dövlət bizneslərinin müxalifət qəzetlərinə reklamlarının qarşısını alır və özəl bizneslərə orada reklam yerləşdirilməməsi ilə bağlı təzyiq göstərir.

Hökumət bəzi dövlət kitabxanalarının müxalif və müstəqil qəzetlərə abunə olmasının qadağan edərək, dövlət bizneslərinin müxalifət qəzetlərinə reklamlarının qarşısını alır və özəl biznezlərə orada reklam yerləşdirilməməs iilə bağlı təzyiq göstərir. Bunun nəticəsi olaraq pullu reklamlar müxalifət mediasında demək olar yoxdur.

Medianın əksər hissəsi hökumətin repressiyasından qorxaraq, özünü-senzura tətbiq edir və siyasi baxımdan həssas sayılan mövzulardan kənar durur.

Milli Televiziya və Radio Yayım Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici xəbər proqramlarını tam şəkildə yayıma verməməsini istəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button