ABŞ Dövlət Departamentinin direktoru Azərbaycandadır

Castin Fridman

ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridman Azərbaycana gəlib.

Bu barədə APA-ya ABŞ səfirliyinin mətbuat xidmətinin rəhbəri Kit Bin məlumat verib.

Fridman Bakıya Cənubi Qafqaz turnesi çərçivəsində gəlib. O, Azərbaycan paytaxtında rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə təhlükəsizlik, energetika və demokratik islahatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin regional məsələlər müzakirə olunacaq. Səfər oktyabrın 7-də başa çatacaq.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button