ABŞ Dövlət Departamentinin seçki ilə bağlı mövqeyi – AÇIQLAMA

departament.jpg

ABŞ Dövlət Departamenti noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində beynəlxalq müşahidəçilər yetərincə olmadığından seçkilərin yekunlarını dəyərləndirməyə çətinlik çəkib.

Belə ki, Dövlət Departamentinin mətbuat üçün bəyanatında deyilir ki, təəssüf ki, Azərbaycan hökuməti ATƏT DTİHB-nin seçkilərə kifayət qədər müşahidəçi göndərməsinə imkan verməyib ki, bu da təşkilatın monitorinq keçirməsinə imkan yaratmayıb. (Turan)

“ATƏT DTİHB-nin iştirakı olmadan biz Azərbaycanın DTİHB-nin əvvəlki seçkilərdə irəli sürdüyü tövsiyələrə uyğun olaraq irəliləyiş əldə edib-etmədiyini söyləyə bilmərik. Bu tövsiyələr fundamental azadlıqlara aid olub” – deyə, Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Elizabet Tryudo bildirib.

Bundan öncə ATƏT DTİHB bildirib ki, Bakının məhdudiyyətləri etimad doğuracaq monitorinqin keçirilməsini imkansız edir. Lakin Bakıda hakimiyyət bunu ATƏT DTİHB-nin öz mandatını pozması kimi qiymətləndirib.

ABŞ-ın ATƏT-in Daimi Şurasındakı səfiri Daniel Baer bildirib ki, Azərbaycan DTİHB-yə maneçilik törətməklə səhvə yol verir.

Mən başa düşürəm ki, Bakı DTİHB ilə xüsusi münasibətlər qurmaq istərdi, lakin bütün iştirakçı ölkələr bilməlidirlər ki, obyektiv qiymətləndirmə metodologiyası “xüsusi münasibətlər” imkanlarını istisna edir”, – o qeyd edib.

Öz növbəsində Dövlət Departamenti bazar ertəsi bəyan edib ki, “əvvəlki tək Azərbaycanda siyasi atmosferin məhdudlaşdırılmasından narahatdır və Bakını beynəlxalq öhdəliklərin tərkib hissəsi kimi dinc toplaşma, birləşmə, müstəqil səslər, media azadlığına hörmətlə yanaşmağa və DTİHB ilə əməkdaşlıq etməyə çağırır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button