ABŞ Ermənistana 50 milyon dollar yardım etmək niyyətindədir

ABŞ Konqres Komitəsi maliyyə yardımı sənədini müzakirə edəcək: Ermənistana 50 milyon dollar məbləğində yardım təklif olunur.

ABŞ Nümayəndələr Palatasının Təqdimatlar Komitəsi gələn il maliyyə yardımı sənədini müzakirə edəcək. Ermənistana ən azı 50 milyon dollar və Qarabağın minalardan təmizlənməsi üçün 2 milyon dollar yardım təklif edilir. xural.com erməni mətbuatına istinadən bildirir ki, bu barədə Amerika Erməni Assambleyasının mətbuat xidməti məlumat yayıb.

Erməni mənbələri israrla bildirilər ki, sənəd artıq müvafiq alt komitə tərəfindən təsdiq edilib. Müzakirə olunan qanun layihəsi, Türkiyə Prezidentinin Təhlükəsizlik Xidmətinə silah satışını da qadağan edir və ABŞ hökumətinin Azərbaycana yardımını məhdudlaşdıran 907 saylı qərarın əhəmiyyətini bir daha təsdiqləyir.

Qeyd edək ki, 1992-ci ildə qüvvəyə minən 907 saylı qətnamə, ABŞ-ın Azərbaycana birbaşa yardımını, Ermənistanı “blokadadan” çıxaranadək dayandırıb. Bu müddəa ABŞ Dövlət Departamenti tərəfindən 2001-ci ildən bəri hər il ləğv edilir, lakin son illərdə ABŞ-dakı erməni lobbi qrupları bunu təsdiqləmək üçün ciddi cəhdlər göstərməyə çalışırlar.

Xarici Təhsisatlar Komitəsinin Dövlət katibi tərəfindən həyata keçirilən 907 saylı Qətnamənin hər il ləğv edilməsi səbəbindən Azərbaycan və Ermənistan üçün maliyyə yardımları arasındakı uyğunsuzluqdan narahatlığını  ifadə edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button