ABŞ Gürcüstan Konstitusiya Məhkəməsinin proqramını maliyyələşdirməyi dayandırıb

Yayımlandı: 6 Avqust 2024 19:59

Parlamentin spikeri Vaşinqtonun qərarını “təzyiq aləti” adlandırıb

ABŞ USAID tərəfindən maliyyələşdirilən Gürcüstan Konstitusiya Məhkəməsi proqramını dayandırıb. Məlumatı Konstitusiya Məhkəməsi də təsdiqləyib.

Söhbət USAID – Amerika Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Qanunun aliliyi” proqramından gedir. Konstitusiya Məhkəməsinin bu proqramda iştirakının məqsədi məhkəmənin institusional cəhətdən gücləndirilməsi olub.

“Gürcü Arzusu” qərarla bağlı artıq cavab verib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Vaşinqtonun qərarını “təzyiq aləti” adlandırıb.

ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərinin ABŞ-nin Gürcüstana birbaşa yardımının dayandırılmasına səbəb olduğunu bəyan edib. Nəticədə 95 milyon dollar yardım dayandırılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button