ABŞ-ın ən böyük bankı Rusiyadakı aktivlərinin müsadirəsini gözləyir

Mayın 1-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük bankı “JPMorgan Chase” Rusiyadakı aktivlərinin müsadirə oluna biləcəyini açıqlayıb, – “Reuters” xəbər verir .

Rusiya arbitraj məhkəməsi “VTB Bank”ın tələbi ilə aprelin 24-də ABŞ bankının Rusiya aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb. Rusiya bankı “JPMorgan Chase”dən mənsub olduğu ölkənin Ukraynaya təcavüzündən sonra ABŞ hökumətinin sanksiyaları nəticəsində onun həmin ölkənin bank hesablarında dondurulmuş 439.5 milyon dolları geri qaytarmağı tələb edib. “JPMorgan Chase” buna ABŞ məhkəməsində iddia ilə cavab verib, onun ABŞ qanunlarına uyğun davrandığı üçün VTB-nin istəyinin qeyri-qanuni elan olunmasını tələb edib. Bankda hesab edirlər ki, iki bank arasında yaranan hər hansı əmlak mübahisəsi onların razılığına əsasən Nyu-York məhkəməsində həll olunmalıdır. ABŞ bankı ehtiyat edir ki, onun digər ölkələrdəki aktivləri Rusiyada arbitraj məhkəməsinin qərarı nəticəsində müsadirə olunma riski ilə üzləşə bilər.

“JPMorgan Chase”ə görə, ona qarşı iddiaların məbləği onun Rusiyadakı aktivlərinin dəyərini xeyli üstələyir.

“Reuters” mənbələrinin məlumatına görə, bu aktivlərə bank hesablarındakı vəsaitlər, daşınmaz əmlak və ofis avadanlığı daxildir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button