ABŞ-ın Azərbaycandakı səfiri postu boş qalıb

Sabiq konqresmen Maykl MakMaxon

01.02.2012

Sabiq konqresmen Maykl MakMaxon: “ABŞ-ın Azərbaycandakı səfiri postunun uzun müddət boş qalması yolverilməzdir”

“Azərbaycanın İrandakı azərbaycanlılarla eyni dil və mədəniyyətə malik olması ABŞ üçün bu ölkənin əhəmiyyətinin daha da artırır”

“Obamanın təyin etdiyi səfirin namizədliyinin Senatda təsdiqlənməməsi səbəbilə geri çağırılması Azərbaycan kimi mühüm müttəfiqlə münasibətlərdə daha bir düzgün olmayan addım idi” deyən ABŞ Nümayəndələr Palatasının və xarici məsələlər komitəsinin sabiq üzvü Maykl MakMaxon bunu  “The Hill”də nəşr olunan ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş məqalədə bildirib. Sabiq konqresmen hesab edib ki, ABŞ-ın Azərbaycandakı səfiri postunun uzun müddət boş qalması yolverilməzdir: “Xarici məsələlər komitəsinin sabiq üzvü kimi deyə bilərəm ki, milli maraqlar hər şeydən öndə gəlməlidir. Azərbaycan sınanılmış müttəfiqdir və Cənubi Qafqazın bu ölkəsi ilə yaxşı əlaqələrin qurulması Amerikanın maraqlarına uyğundur”. Maykl MakMaxon Azərbaycanı Əfqanıstana yüklərin daşınmasında mühüm tranzit ölkə, zəngin enerji resurslarına malik olan dövlət kimi xarakterizə edib və Azərbaycanın İranla həmsərhəd ölkə olduğunu və İranda 30 milyona yaxın azərbaycanlının yadığını xatırladıb: “Azərbaycanın İrandakı azərbaycanlılarla eyni dil və mədəniyyətə malik olması ABŞ üçün bu ölkənin əhəmiyyətinin daha da artırır”.

Sabiq konqresmen qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş səyləri davam etdirməlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button