Rubrikalar: DÜNYA XuralTAC

ABŞ İranın üstünə 120 minlik ordu göndərir

ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent göndərməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən bildirir.

Qəzetin yazdığına görə müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Həin plan o zaman reallaşacaq ki, İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etsin və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırsın. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.

“The New York Times” dəqiqləşdirir ki, təşəbbüsün müəlliflərindən biri ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltondur. Amma prezident Donald Trampın həmin plan barədə nə dərəcədə məlumatlı olduğu göstərilmir.

Bu arada Tramp özü jurnalistlərə bildirib ki, ona İran haqda “hansısa məlumatlar” daxil olub. “Əgər onlar nəsə etsələr bu ciddi səhv olacaq. Onlar nəsə etsələr ciddi ziyan çəkəcəklər”-o deyib.

Xatırladaq ki, ABŞ İrana görə artıq Yaxın Şərq regionuna “Avraam Linkoln” təyyarədaşıyanını, “Arlington” desant gəmisini və strateji nüvə bombardmançılarının operativ qrupunu, habelə minlərlə əsgərini göndərib. Pentaqon bunu İranın Yaxın Şərq regionunda ABŞ-ın və ya müttəfiqlərinin maraqlarına hansısa hücum hazırladığı haqda “Mossad”dan daxil olan kəşfiyyat məlumatları əsasında edib. Bu arada ötən bazar günü Birləşmiş Ərəb Əmirliklərinin  Hörmüz boğazının bilavasitə yaxınlığında yerləşən Fuceyra limanında dörd neft tankerinə naməlum qüvvələr tərəfindən diversiya həyata keçirilib. Səudiyyə Ərəbistanına aid iki tanker ciddi ziyan çəkib.

Paylaş:

This post was last modified on 14 May 2019 4:08 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Sabah hava necə olacaq?-Proqnoz

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Xural.com ETSN-ə istinadla bildirir ki, sabah səhər bəzi…

28 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Çin ordusu ölümcül epidemiyanın episentrini mühasirəyə alır, minlərlə ölən var

Çin hakimiyyəti ölümcül koronovirus epidemiyasının episentri olan Vuhan şəhərinə ordu qüvvələri yeridib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ordu…

28 Yanvar 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

Həbsdəki bankir Günay Bank-ın rəhbərliyini Twitter-dən hədələyir

Azərbaycanın bank tarixində ən irimiqyaslı fırıldaqlardan birini həyata keçirmiş və on milyonlarla dolları mənimsəmiş Emin Zeynalov saxlanıldığı istintaq təcridxanasında fəal…

28 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadənin Mehmandarov küçəsində növbəti görüşü oldu

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin Mehmandarov küçəsinin sakinləri ilə görüşündə…

28 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Rauf Arifoğlunun seçicilərlə növbəti görüşü yanvarın 29-da baş tutacaq

35 saylı Xətai III Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu yanvarın 29-da seçicilərlə növbəti görüşünü keçirəcək. Xural.com xəbər verir ki,…

28 Yanvar 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Əli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib

Partiya sədri pasport ala bilməməsindən şikayətçidir Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Daxili İşlər Naizrliyini (DİN) məhkəməyə verib. Səbəb…

28 Yanvar 2020
Xural.COM