Rubrikalar: DÜNYA XuralTAC

ABŞ kəşfiyyatı Rusiyanın “Burevestnik” raketinin başına gələnləri açıqladı

ABŞ kəşfiyyatı Rusiyanın yeni supersilahlarından biri-nüvə mühərriki ilə təchiz edilən, qeyri-məhdud uçuş məsafəsinə malik olan qanadlı “Burevestnik”  raketinin sınaqlarının uğursuz keçdiyini bildirib.

Virtualaz.org xəbər verir ki, CNBC telekanalı kəşfiyyatın həmin raketlə bağlı məruzəsinə çıxış əldə edib. Orada deyilir ki, 2017-ci ildən bəri raketin dalbadal sınaqları keçirilsə də hamısı uğursuz olub. Raketin azı beş dəfə sınaqdan keçirildiyi, onların heç birinin uğurlu olmadığı vurğulanır.

Sınaqlar 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər aparılıb. Daha bir sınaq isə 2019-cu ildə keçirilib. Bütün hallarda raket qəzaya uğrayıb.

Mənbə bildirir ki, raketin ən uzunmüddətli uçuşu cəmi 2 dəqiqə çəkib, bu müddət ərzində “Burevestnik” 35 kilometrə yaxın məsafə qət edib. Ən qısa uçuş isə cəmi 4 saniyə çəkib, raket təxminən 2 kilometr uçduqdan sonra qəzaya uğrayıb. Bütün qəzaların səbəbi ondadır ki, raketi start mühərriki ilə işə salandan sonra havada onun əsas mühərrikini-mini nüvə reaktorunu işə salmaq mümkün olmayıb.

Bununla belə ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya “Burevestnik” raketi üzərində işi sürətləndirib və bu layihəyə kifayət qədər maliyyə vəsaiti ayırır. Məqsəd uzağı 2025-ci ilə qədər raketi hazır eləmək və silahlanmaya daxil etməkdir.

Xatırladaq ki, 2019-cu il  avqustun 8-də Severodvinsk şəhəri ətrafındakı poliqonda müəmalı partlayış baş verib. Həmin partlayışda iki hərbçi və “Rosatom”un beş mütəxəssisi həlak olub. Rusiya Müdafiə Nazirliyi partlayışın “maye yanacaqla işləyən raket mühərrikinin sınaqları zamanı” baş verdiyini açıqlayıb. Lakin ABŞ kəşfiyyatı partlayışın “Burevestnik” raketinin nüvə mühərrikinin sınaqları zamanı baş verdiyini bildirib.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM