ABŞ Konqresi Azərbaycanda siyasi məhbuslara dəstəyi gücləndirəcək

İnsan hüquqlarının müdafiəsi üzrə məşhur beynəlxalq qurumlar cümə axşamı ABŞ Administrasiyasını, habelə Konqres üzvlərini Azərbaycanda həbs edilmiş jurnalistləri və digər siyasi məhbusları müdafiə etməyə çağırıb. Onların azad edilməsi çağırışı ABŞ Konqresinin Freedoms Project kimi məşhur olan təşəbbüsü çərçivəsində səslənib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

İnsan Hüquqları Komissiyası çərçivəsində dinləmələrdə çıxış edən Freedom Now-nun Vaşinqtondakı direktoru Melina Milatso xatırladıb ki, 2014-cü ildən etibarən Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı təzyiqlər həyata keçirir. Ölkədə siyasi məhbusların sayı 160 nəfərə çatıb. Onlar arasında müxalifət partiyasının lideri İlqar Məmmədov, gənc fəal İlkin Rüstəmzadə və jurnalist Seymur Həzi də var. Onlar artıq bir neçə ildir həbsdədirlər.

Digərləri – gənc fəallar Bayram Məmmədov, Qiyas İbrahimov və ya jurnalist Əfqan Muxtarlı kimi şəxslər bu yaxınlarda həbs olunublar.

“Biz Azərbaycan hökumətinin ABŞ Konqresi tərəfindən təzyiqə reaksiya verib, məsələn, 2017-ci ilin noyabrında senator Durbin jurnalist Mehman Əliyev azad edilməzsə, Azərbaycana qarşı sanksiyalara çağıran düzəliş təklif etdikdən sonra jurnalist azad edilib. Bizim Azərbaycanda susdurulmuş bir çox insanı müdafiə etmək üçün Konqresdə daha çox səsə ehtiyacımız var”, deyə o bildirib.

O, Azərbaycanda vicdanın səsi olmaq məsələsinə baxmaq xahişi ilə komissiyaya müraciət edib.

2012-ci ildə işə salınmış Freedoms Project layihəsi Konqres üzvlərinin ağır vəziyyətdə olan konkret vicdan məhbusları ilə həmrəy olmağa və onlara ictimai dəstək verməyə imkan yaradır. Bundan başqa, konqresmenlər onların azad edilməsi üçün beynəlxalq diqqət və dəstək də cəlb edə bilərlər.

Marqo Yuen – Şimali Amerikada “Sərhədsiz Reporyorlar”ın direktoru da jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlını layihənin siyahısına salmağı tövsiyə edib.

Müxalif “Azadlıq” qəzetinin reportyoru Seymur Həzi 29 avqust 2014-cü ildə həbs edilib və “xuliqanlığa” görə beş il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı ildə RSF-nin mətbuat azadlığı uğrunda mükafatının nominantı olub.

Araşdırmaçı jurnalist və fəal Əfqan Muxtarlı 29 may 2017-ci il tarixində Gürcüstanda oğurlanıb və o, zorla Azərbaycana qaytarılıb, burada “qaçaqmalçılıqda” və “sərhədi qanunsuz keçməkdə” ittiham olunaraq həbs olunub.

Komissiyanın həmsədri, konqresmen Ceyms Makqovern öz çıxışında söz verib ki, qanunverici həmkarları bütün dünyada vicdan məhbuslarının unudulmaması üçün vəziyyəti “izləyəcəklər”.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button