ABŞ rusiyalı oliqarxlara, rəsmi şəxslərə və dövlət qurumlarına yeni sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

APA-nın xəbərinə görə, 7 rusiyalı iş adamına, 17 dövlət məmuruna və 12 şirkətə qarşı yeni sanksiyalar tətbiq olunub.

 

Siyahıda Oleq Deripaska, Mixail Fradkov, Sergey Fursenko, Andrey Kostin, Viktor Vekselberq, Kirill Şamanov, Süleyman Kərimov kimi tanınmış iş adamlarının, “Qazprom”un rəhbəri Aleksey Miller, daxili işlər naziri Vladimir Kolokoltsev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov və digər şəxslərin adları var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button