ABŞ səfiri Elçibəyin övladlarına başsağlığı verdi: “Bilirəm ki, bu, çox ağır bir itkidir…”

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer keçmiş Prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı onun ailə üzvlərinə başsağlığı məktubu göndərib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, səfir məktubunda Həlimə Əliyevanın vəfatından dərindən kədərləndiyini bildirib: “Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir. 

Allah rəhmət eləsin!”

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button