ABŞ senatoru Con Makkeyn: “Şübhəsiz, Xədicənin azadlığa buraxılması beynəlxalq təzyiqlərin nəticəsidir” – VİDEO

ABŞ senatoru Con Makkeyn “Голос Америки”- ya verdiyi müsahibəsində Rusiyada ukraynalı jurnalist Nadejda Savçenkonun və Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsini yüksək dəyərləndirib. Xural.com-un “Голос Америки”- ya istinadən verdiyi xəbərə görə, jurnalistin, “hər iki hadisəyə ilkin reaksiyanız necə oldu?” – sualını senator belə cavablandırıb:

“Mənim ilkin reaksiyam sevinc və xoşbəxtlik oldu ki, nə yaxşı hər iki qadın jurnalistimiz artıq azadlıqdadır. Onlar inandıqları uğrunda mübarizə aparırdılar və ədalətsiz olaraq həbsə atılmışdılar, ancaq onlar bu gün azadlıqdadırlar. Onun üçün də mən onlara və ailələrinə görə xoşbəxtəm. Nadya və Xədicə öz ölkələrinin qəhrəmanı olmaqla yanaşı, həm də bütün dünyanın qəhrəmanıdırlar”.

– Siz onların həbsdən azad olunmasını beynəlxalq təzyiqin nəticəsi hesab edirsiniz?

– Şübhəsiz, bu beynəlxalq təzyiqlərin nəticəsidir. Konkret olaraq kimin tərəfindən olduğunu deyə bilmərəm, amma güman edirəm ki, bu iki mərd qadınla edilən davranışa beynəlxalq qınağın nəticəsidir. Ona görə də mən düşünürəm ki, dünya ictimaiyyətinin fikri öz effektini verdi. Nə Rusiya, nə də Azərbaycan hakimiyyətini yaxşı oğlanlar adlandırmaq olmaz. Məhz buna görə də onların könüllü olaraq Nadya və Xədicəni azadlığa buraxacaqları bir təxəyyüldür.

– Bir çox ekspertlər belə hesab edirlər ki, Nadejda Savçenkonun azad edilməsi yumşalmaya gətirib çıxara və Rusiyaya qarşı qoyulan embarqoların bir hissəsini aradan qaldıra bilər. Siz hadisələrin bu cür gedişinə qarşı çıxış edəcəksinizmi?

Əlbəttə. Nadejda Savçenko məsələsində bu de-faktodur. Çünki o həbsdə olan iki rusiyalının azad edilməsi qarşılığında həbsdən buraxılıb. Yəni burada söhbət müttəhimlərin dəyişdirilməsindən gedir, bunu başa düşmək lazımdır. İkincisi, Nadya Savçenko onun azadlığı hesabına Rusiyaya qoyduğumuz sanksiyalrın götürülməsini istəyən axırıncı adam olardı. Sanksiyalar birbaşa Rusiyanın fəaliyyətilə əlaqəlidir. Rusiya Krımı işğal edib, o beynəlxalq hüququ normalarının ziddinə olaraq Ukraynanın cənubunu ayırmağa çalışır. Əgər Avropada bunu bərabər mübadilə sayırlarsa, o zaman bu avropalı ictimaiyyətin səhvi ola bilər.

– Senator, siz dəfələrlə Ukraynada olmusunuz. Növbəti səfərlərinizdən birində Nadejda Savçenko ilə görüşmək istərdinizmi?

– Nadya ilə görüşmək mənim üçün şərəfdir. Mən fəxr edərdim ki, hətta ən çətin şəraitdə belə öz inandığı prinsipləri uğrunda mübarizə aparan bir qadını görəcəyəm. Məsələn, məhkəmə zamanı o ayağa qalxıb, Ukraynanın dövlət himnini barmaqlıqlar arasında ifa etmişdi. . Məncə, bu möhtəşəm idi.

– Sonuncu sual. Bu müsahibəyə güman ki, həm Ukraynada və həm də Azərbaycanda baxacaqlar. İndi sizin imkanınız var ki, şəxsən Xədicəyə və Nadejdaya müraciət edəsiniz. Siz onlara nə deyərsiniz?

Nadya, Xədicə, mən hədsiz dərəcədə sevinirəm ki, siz azadlıqdasınız. Siz azadlıq prinsiplərini və demokratiyanı özünüzə görə deyil, öz xalqlarınıza görə müdafiə edirsiniz. Mənim üçün sizin hər ikiniz qəhrəmansınız, halbuki bəzən buna çoxlarının mərdliyi çatmır. Allah sizi qorusun. Öz işinizi davam etdirin. Mən sizinlə qürur duyuram.

– Senator, ayırdığınız vaxta və cavablara görə təşəkkür edirik.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button