ABŞ tezliklə Azərbaycana səfir təyin edəcək

Adam Sterlinq

11.02.2012
 ABŞ-ın yüksək vəzifəli dövlət rəsmiləri tam başa düşürlər ki, tezliklə Azərbaycana səfir təyin olunmalıdır.

Bu haqda jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq deyib. O bildirib ki, artıq bu öhdəliyi ABŞ-ın dövlət katibi Hillari Klinton və bir sıra yüksək vəzifəli dövlət rəsmiləri üzərərinə götürüblər. Bunu nəzərə alaraq, güman edirik ki, Azərbaycana yeni səfir təyin olunacaq.

“Bu məsələ Münhendə ABŞ-ın dövlət katibi Hillari Klinton ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə müzakirə olunubmu” sualına A.Sterlinq belə cavab verib: “Əslində, bu özəl görüş olub. Bu barədə detalları qeyd etmək istəməzdim. Lakin onu bildirmək istəyirəm ki, Azərbaycanın və ABŞ-ın dövlət rəsmiləri ilə bununla bağlı danşıqlar aparmışıq. ABŞ başa düşür ki, iki ölkə arasında əlaqələr daha da güclənməlidir. İndi ABŞ üzərinə götürüb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə töhfəsini versin”.

Müvəqqəti işlər vəkili söyləyib ki, ABŞ-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın iclasının nə vaxt baş tutacağını dəqiq deyə bilmərəm. Hazırda iki ölkə nümayəndələri bunun üzərində işləyirlər. Ümid edirəm ki, komissiyanın iclası bu il keçiriləcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button