Rubrikalar: ARAŞDIRMA XuralTAC

ABŞ Türkiyə iqtisadiyyatını çalxalayır-Ankara geri çəkilsə

Ergün Diler

“Takvim”, Türkiyə, 31 may 2019-cu il

Türkiyə daxilindəki güclərdən biri Çin və Avrasiyaya önəm verdiyi halda, digəri də qlobal arenada ABŞ-la birlikdə hərəkət etmək istəyindədir. Bu səbəblə həm daxildə, həm də xaricdə böyük mübarizə gedir.

Məsələni bir az açaq. MKİ-nin kölgəsi sayılan “Stratfor” pul almadan heç bir iş görməz. Bilənlər bilir. Ən azı, son illərədək durum belə idi. Mövzu Türkiyə olunca, “Stratfor” bu prinsipindən vaz keçdi. 7 türk iş adamı üçün “Türkiyə 2019-2020” araşdırması apardı və hesabat hazırladı. Hesabatda Türkiyənin regional güc olaraq önəmli hala gəldiyi, ancaq ABŞ-la qarşı-qarşıya gəlməsi səbəbilə bütün iş adamlarının da qərar verməli olduğu yazıldı. Doğrusu, mövzu budur. Daxildə gedən çəkişmənin altında yatan həqiqət də budur.

7 türk iş adamının belə bir tələbinin olmamasına rəğmən, “Stratfor”un hesabat hazırlaması və onlara çatdırması çaşdırıcı bir hərəkət kimi görünsə də, həqiqət fərqlidir. Bu qrupa daxil olan iş adamları 2012-ci ildə “Kölgə MKİ”-yə 100 min dollar ödəyərək, araşdırma apartdırdı. Bu səbəblə 7 iş adamının hər hansı bir tələbinin olmamasına baxmayaraq, bu xüsusi araşdırma ilə tanış olmasında təəccüblü bir şey yoxdur.

Bu iş adamlarının altısı daima ABŞ-la birlikdə hərəkət edən şəxslərdir. Ankara ilə qurduqları yaxın münasibətlərlə birlikdə çox böyüdülər, xaricdəki investisiyalarını artırdılar. Onlardan biri isə, digərlərinə nisbətən, Ankara ilə daha çox yaxınlaşdı. Ancaq o da son qərarını Vaşinqtonun xeyrinə verdi. Bu iş adamlarının 7-si də Vaşinqtonla birgə yürüməyi seçməklə birlikdə, əlaqədə olduqları əlavə 20 iş adamını razı salma vəzifəsini də aldılar. Yəni, 7+20… Əgər bu 20 iş adamını da razı salarlarsa, Türkiyəni ciddi bir iqtisadi böhrana itələmək üçün çalışacaqlar. ABŞ-ın S-400F-35-lərlə bağlı Türkiyəyə qarşı başlatmağı planlaşdırdığı təsir və təzyiqlərdə bu iş adamları (7+20) çox önəm qazandı.

Türkiyədə müxtəlif sektorlarda iş görən 20 iş adamından işlərin yavaşıdılması tələb edildi. İş həcminin 20%azaldılması Türkiyənin iş potensialında ciddi bir problemə səbəb olacaq. 20 iş adamının hamısı bunu qəbul edərmi? Bununla bağlı fərqli baxışlar mövcuddur.

“Stratfor” Türkiyənin S-400-lə bağlı verəcəyi qərarla birlikdə ya Vaşinqtonla ipləri tamamən qoparmağa, ya da bir ortaqlıq ehtimalına qərar verəcəyinə inanır.

“Stratfor” Türkiyənin S-400-ləri alması halında, ABŞ-ın başladacağı sanksiyalara Ankaranın “İncirlik”lə qarşılıq verəcəyini Pentaqona çatdırdı. ABŞ üçün “İncirlik” önəmini əsla itirməz. Bu məsələ ilə bağlı edilən blefləri ciddiyə almamaq lazımdır. Bu səbəblə, Vaşinqtonu “İncirlik”dən çıxaran və S-400-ləri alan Türkiyə artıq ABŞ-ın müttəfiqi ola bilməz. Gərginlik ciddi səviyyədə yüksələcəkdir. Bu, dəqiqdir.

Hər il Pentaqonda verilən brifinqlərdə “İncirlik” bazasının önəmi qeyd edilir. 2019-cu ilin yanvar ayında verilən brifinqdə də “İncirlik” bazasına verilən dəyər heç azaldılmadı. Türkiyə də artıq bunu bilir və şahmat oyununda həmləsiz qalmadığını Vaşinqtona göstərir.

Vaşinqton Aralıq dənizindəki qarışıqlığı önə çıxarmadan, Türkiyəni Suriya və YPG spiralında məşğul etmək, başını qatmaq istəyir. Bu problem böyüyərkən, iş adamlarının iqtisadi böhran üçün Vaşinqtonun əmrlərini həyata keçirməsi və ardınca başladılacaq sanksiyalar Türkiyəni Aralıq dənizində gücsüzləşdirə bilər. Aralıq dənizindən geri çəkilən Türkiyə 50 illik inkişaf planını da təxirə salmış olacaq. Planları budur. Beyinlərində olan fikir budur.

Region çox ciddi nəticələrə hamilə olacaq qarışıqlıq yaşayır. Türkiyə əlindəki kozırları bilir. Qarşı tərəf də iqtisadi sıxıntıları artıraraq gəlmək istəyir. İranı saldıqları durumun bənzərini yaratmaq üçün addımlar atırlar. Hesabatlarda əks olunmasa da, ən çox daxildə olan fikir ziddiyyətinə güvənirlər. Hədəfləri puldan daha çox, düşüncə əsasında olan toqquşmanı cəmiyyətə yaymaqdır. Məqsəd hüzuru pozmaq, birliyi sarsıtmaqdır.

Türkiyənin verəcəyi qərar dünyanın qərarı olacaq. Ankara bugünədək heç olmadığı qədər önəmlidir. Mübarizə də, çəkişmə də bu səbəblədir.

Əlbəttə, Türkiyə qalib gələcək. Şübhə yoxdur. Sıxıntı ola bilərmi? Ola bilər, lakin o da aşılar, dəf olunar. Çünki Türkiyə çox böyük ölkədir.

Tərcümə Strateq.az-ındır

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
  • GÜNDƏM
  • XuralTAC

Ankarada Antiamerikan zirvəsi-Seymur Həzinin ilk yazısı

Seymur Həzi   Suriya böhranı üçün toplaşan “Ankara üçlüyü” dünyanın diqqət mərkəzində oldu. Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib…

22 Sentyabr 2019 2:22 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsinin girov qoyulması parlamentdə müzakirə olunacaq:

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov…

21 Sentyabr 2019 10:20 axşam
  • DÜNYA
  • XuralTAC

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar yolu ilə təzyiqin daha da gücləndirildiyini elan edib. Virtualaz.org xəbər verir ki, Ağ evdə…

21 Sentyabr 2019 1:10 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsini girov qoydu-QALMAQAL

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. R. Cəbrayılov Təranə…

21 Sentyabr 2019 1:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Almaniya səfirliyi Seymur Həzi və Nigar Yaqublu cütlüyünə viza verməkdən imtina etdi

Almaniyanın Azərbaycandakı səfirliyi AXCP-nin sədr müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə Şengen vizası verməkdən imtina edib. Musavat.com…

20 Sentyabr 2019 3:09 səhər
Xural.COM