ABŞ Ukraynaya 1 mlrd dollar ayırdı

porosenko baden

Ukrayna prezidenti Viktor Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden Kiyevə 1 milyard dollar dəyərində kredit təminatı verilməsi ilə bağlı saziş imzalayıblar. Bu barədə Poroşenkonun mətbuat katibi Svyatoslav Çeqolko məlumat verib.

Bundan əvvəl Byden Ukraynanın yeni baş naziri Vladimir Qroysmanı islahatları sürətləndirməyə çağırmışdı.

31 martda Vaşinqtonda ABŞ Dövlət Katibinin iştirakı ilə keçiriləm görüşdə C.Bayden yeni Ukrayna hökumətinin Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığa dəvət etmişdi.  Ukraynaya 1 milyard dollarlıq kredit təminatının veriləcəyini ABŞ prezidenti də təsdiqləmişdi.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu geniş maliyyələşmə mexanizmləri tətbiq etməklə Ukrayna iqtisadiyyatının 17,5 milyard dollar dəyərində maliyyələşdirilməsi üçün proqramı təsdiqləyib.

Kiyev ötən il mart ayında artıq 5 milyard dollarlıq ikinci tranşı alımışdı.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button