ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışıb

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

ABŞ müdafiə naziri Lloyd Ostin iyunun 25-də Rusiya müdafiə naziri Andrey Belousov ilə telefonla danışıb.

Pentaqonun məlumatına görə, telefon danışığında əlaqə xətlərinin açıq saxlanmasının vacibliyi müzakirə edilib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder brifinqdə jurnalistlərə deyib ki, təşəbbüskar L.Ostin olub və bu, Pentaqon rəhbəri ilə rusiyalı həmkarı arasında 2023-cü ilin martından bəri ilk söhbətdir.

Rusiyanın TASS agentliyi də oxşar məlumat yayaraq bildirib ki, Amerika tərəfi telefon danışığının dəqiq səbəbinin nə olduğunu dəqiqləşdirməyib.

Rusiya Müdafiə Nazirliyinin Telegram kanalı qeyd edir ki, müdafiə nazirləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Vurğulandığına görə, Belousov Ukrayna ordusuna ABŞ silahlarının davamlı tədarükü ilə əlaqədar vəziyyətin daha da gərginləşməsi təhlükəsinə diqqət çəkib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button