Abzaslar

Sakit Orduxanlı

“Xural”ın Cənub Bürosunun rəhbəri

* Azərbaycanda müstəqil mətbuatın susdurulması yönündə tender elan olunub. Obyekt “Xural” qəzeti, tenderin iştirakçıları dövlətin böyükdən kiçikləridir. “Xural”susmayacaq və heç kəs bu tenderin qalibi olmayacaq! Çünki “Xural”ı susdurmsq istəyənlər “Hitlerden”, güclü deyillər.

* Qapıları 14 dəfə deşilmiş, rəqib komandaların qapısını bir dəfə olsun belə deşə bilməyən Qazaxıstan yığmasının bir oyunçusunun yığmamızın qapısını dəlik–deşik etməsinin səbəbkarı nə Rövnəq Abdullayev, nə Berti, nə də Sabir Rüstəmxanlının “qoyunları” yox, məhz Əvəz Zeynallıdır. Ki, Nursultan Nazarbayevin kürəkəni və hazırda onun 1 nömrəli düşməni Rahat Əliyevin “Xural”da gedən “Xaç Qayınatası” yazısına görə yığmasında ilk dəfə debüt edən Sergey Rednik Əvəzdən əvəz çıxdı. Qorx ki, Əvəzə yönəlik 30–cu məhkəmə işi cənab Abdullayevdən gələ.

* Bilgisayar alıb mənim yazılarımı həmin bilgisayarda bircə dəfə də olsun yığmayan büromuzun yazarı Hüsamə Bin Sərxan “xainliyindən” partlayır. Ki, nədi-nədi mənim yazılarım P.A–nın rəhbəri Ramiz Mehdiyevin “Xural”dakı bilgisayarlarında yığılır, onunku yox. Bu şoğərib Bin–Min yox, əsl azərbaycanlıymış ki…

* “Xural”ımı dardan qurtarmaq üçün dostum Vüqar Qurdqanlıdan fərqli olaraq səhiyyəmizin “inkişafı” sayəsində təpədən–dırnağa kimi o dünyalıq olan orqanlarımı yox, sovetlər dönəmindən banklardan çıxara bilmədiyim 13 min manatımı satıram. Ki, onunu “Ümid”in uşaqlarına, üçünü isə Nüşabəyə verim. Alıcılar ancaq və ancaq o pulu nə o dünyalıq, nə də bu dünyalıq etməyi bacarmayan deputatlar olmaqla yanaşı, siyasi arenada tam 17 il çiyin-çiyinə addımladığım Fəzail Ağamalı, Zahid Oruc və Cəlilabaddan seçilmiş deputatlar olmamalıdır. Ki, üzə düşüb ucuz satım…

* ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin qazçıları korrupsiyaya bulaşmamaqçün əhaliyə mədəni yolla atıb binəva-fağırı qaz kimi yolmaqla qazla qazan doldururlar. Belə ki, əhalinin işlətdiyi qazın hesabı kub metrlə yox, kub, kub, kub…kub metrlə hesablanır.

Deyəsən, Rövnəq müəllim əhalinin “qaz borcu”nu cənab Prezidentə bir daha bağışlatdırmaq istəyir.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button