AÇ-2024: İngiltərə millisi növbəti mərhələyə vəsiqə qazanıb

Yayımlandı: 1 İyul 2024 01:16

İspaniya yığması Gürcüstanı turnirdən kənarlaşdırıb

İyunun 30-da futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Əvvəlcə İngiltərə və Slovakiya milli komandaları üz-üzə gəlib. Helzenkirhendəki “Feltins Arena”da keçirilən matçın start fiti saat 20:00-da səsləndirilib. Oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə bitib. İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək.

Foto: REUTERS/Lee Smith

Günün digər oyunu Kölndəki “Reyn Enerqi” stadionunda, İspaniya və Gürcüstan komandaları arasında baş tutub. Saat 23:00-da başlayan görüşdə ispanlar böyükhesablı qələbə qazanıblar – 4:1. İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

İyulun 1-də 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Fransa millisi Belçika, Portuqaliya isə Sloveniya ilə qarşılaşacaq.

Almaniyada təşkil olunan Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button