“Açıq Cəmiyyət” Platforması Mirvari Qəhrəmanlının müdafiəsinə qalxıb

“Açıq Cəmiyyət” Platforması “Salyan Oil LTD” Şirkətinin Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə qarşı iddiasını pisləyib.

Bu ictimai təşkilatın bəyanatında QHT-nin öz fəaliyyətinə görə təqib edilməsinin prezident İlham Əliyevin “Açıq hökumət” islahatları ilə bağlı yürütdüyü siyasətə zidd olduğu bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi uzun illərdir ki, hasilat sənayesində əmək və insan hüquqlarının qorunması ilə peşəkar səviyyədə məşğul olur. Odur ki, “Salyan Oil LTD” şirkətinin bu QHT-yə qarşı məhkəmə iddiası tənqidi fikirlərin susdurulmasına cəhd kimi dəyərləndirilə bilər.

Xatırladaq ki, “Salyan Oil LTD” şirkəti keçmiş əməkdaşları Zəkayət Abdullayeva və Mehparə Əliyevanı, həmçinin onları müdafiə edən Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyini məhkəməyə verib.

İşdən çıxarılan qadınlar özləri məhkəməyə müraciət etdikdən sonra QHT onlara bu məsələdə yardım edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button