Adəm Məmmədov haqqında intizam icraatı başladı
Jurnalist Rasim Əliyevi ölümündən sonra təhqir etməsi ilə gündəmə gələn vəkil Adəm Məmmədovdan xəbər var. xural.com-a daxil olan məlumatlara görə, bir müddət bundan əvvəl haqqında dələduzluq maddəsi ilə – CM-nin 178-ci maddəsi – cinayət işinin açıldığı haqqında xəbər yayılan vəkilin haqqında Vəkillər Kollegiyasının rəhbərliyinə şikayət daxil olub. Kollegiyada bununla bağlı intizam icraatı başlayıb. İntizam icraatının gecikdirilməsi üçün Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib. O, ümid edir ki, intizam icraatı Elçin Sadıqovla məhkəmənin sonuna qədər təxirə salına bilər.
xural.com