Adəm Məmmədov: “Rasim Əliyevi təhqir etməmişəm”

adəm məmmədov

Vəkil Adəm Məmmədov haqqında dünən yazı dərc etmişdik. Yazıda vəkil haqqında Vəkillər Kollegiyasının rəhbərliyinə şikayət daxil olduğu, Kollegiyada bununla bağlı intizam icraatı başladığı qeyd olunurdu. Yazı dərc olunandan sonra Adəm Məmmədov xural.com-la əlaqə saxlayıb və bəzi məqamlara aydınlıq gətirib. “Mənim haqqımda dələduzluq maddəsi ilə əlaqədar cinayət işi açılmayıb. Belə təqdimat, məni gözdən salmaqdır. Haqqımda fakta görə AR CM-nin 289.1-ci maddəsi ilə (məhkəməyə hörmətsizlik) cinayət işi başlanılıb və bu, tamam başqa bir işdir. Digər bir məqam yoxdur. Mən jurnalistlərə hörmət edirəm və onlarla normal münasibət saxlamaq istəyirəm, amma bəzən fikirlərim təhrif olunur” deyən Adəm Məmmədovdan fürsət düşmüşkən, bəzi digər məsələlərə də açıqlıq gətirməsini xahiş etdik. “Jurnalist həmkarımız Rasim Əliyev haqqında qeyri-etik ifadələr işlətdiniz, bu da jurnalistlərin qıcıqlanmasına səbəb oldu” sualımıza A.Məmmədov belə cavab verdi: “Bu da jurnalist təhrifinin nəticəsində oldu. Ondan sonra bir müddət jurnalistlərlə əlaqə saxlamadım. Amma mən Rasim Əliyev haqqında heç bir təhqiredici söz deməmişəm. Mən rəhmətliyi sağlığından tanıyıram. Bir neçə tədbirə dəvət etmişəm, aramızda salam-sabahımız olub. Mətbuatda o xəbər yayılandan sonra Rasimin ana-atasına zəng etdim, onlardan üzr istədim. İndi də hər zaman lazım gələrsə üzr istəməyə hazıram. Mən Rasimi təhqir etməmişəm və xahiş edirəm, bu fikirlərimi cəmiyyətə çatdırın.”

Haqqında intizam icraatının başlamasına gəlincə, Adəm Məmmədov onun haqqında həqiqətən də Vəkillər Kollegiyasına şikayət olunduğunu dedi.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button