Adam Tlexurayın cəzalandırılacağı gözlənilir…

“Xırdalan Adamı” Moskvaya çağırdılar!

Ötən sayımızda “Xırdalan pivə zavodu” kimi tanınan “Baltika-Bakı” MMC-də baş verənlər haqqında Oxucuları məlumatlandırmışdıq. Qeyd etmişdik ki, baş verən qanunsuzluqların artıq Moskvanın diqqətinə çatdığı və Rusiya paytaxtı bu qanunsuzluqlardan narahat olduğu üçün zavodda yoxlamalara başlayıb. Artıq ötən həftə yoxlamanın gəldiyi və yekunlaşdığı haqqında XuralTAC-a məlumat daxil olub. Məlumata görə, baş verən qanunsuzluqlar o həddə olub ki, “Baltika-Bakı” MMC-nin direktoru Adam Tlexuray vəzifəsindən çıxarılıb. Mənbənin bildirdiyinə görə, Adam Tlexuray artıq zavodda işləməyəcək və o, Bakını tərk edib.

Məlumatı dəqiqləşdirmək üçün özəl mənbələrimizlə əlaqə saxladıq. Mənbələrimiz həqiqətən Adam Tlexurayın zavodda olmadığını bildirdilər və onu “Baltika-Bakı” MMC-nin maliyyə ilərinə baxan Mikayıl Cəfərovun əvəz etdiyini dedilər. Onların dediyinə görə, Tlexuray Azərbaycan başını götürüb qaçıb və hətta onun yol verdiyi qanunsuzluqlara görə cəzalandırılacağı gözlənilir.

Məlumatı dəqiqləşdirmək üçün Adam Tlexurayı əvəz etdiyi söylənilən Mikayıl Cəfərovla əlaqə saxladıq. Mikayıl Cəfərov informasıyanı təsdiqlədi və Adam Tlexurayın Bakıda olmadığını, Moskvaya getdiyini söylədi. Amma Mikayıl Cəfərov Adam Tlexurayın cəzalandırılmadığını və işindən azad edilmədiyini dedi, əksinə, işlərin yolunda olduğunu da sözlərinə əlavə etdi. Adam Tlexurayının istirahətdə olduğunu deyən maliyyə müdiri onun bu günlərdə Azərbaycana qayıdacağını bildirdi.

“Peşə fəaliyyətlərini yerinə yetirərkən yaralanan və ictimaiyyətdən gizlədilən əməkdaşlar haqqında nələr deyə bilərsiniz” sualımıza Mikayıl Cəfərov cavab vermək istəmədi və tələsik telefonun dəstəyini qapatdı.

Mövzunu diqqətdə saxlamağa davam edəcəyik.

 

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button