ADB “Azərişığ”ın maliyyə vəziyyəti ilə bağlı proqnozlarını açıqladı
Qurumun hesabatında qeyd olunduğu kimi, bu, müəssisənin maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə siyasi dialoq aparmağı şərtləndirir.
ADB-nin proqnozuna görə, mövcud tariflər saxlanılarsa, “Azərişığ”ın 2020-ci ildə 61,8 milyon manat olan əməliyyat zərəri 2021-ci ildə 77,7 milyon manat, 2022-ci ildə 93,5 milyon manat, 2023-cü ildə 116,1 milyon manat, 2024-cü ildə 139,8 milyon manat, 2025-ci ildə də 165,9 milyon manat təşkil edəcək. 2020-ci ildə 78,9 milyon manat təşkil etmiş xalis zərəri isə müvafiq olaraq 92,7 milyon, 103,9 milyon, 132,8 milyon, 162,2 milyon, 197,2 milyon manatadək artacaq.
Belə ki, 2023-cü ildə müəssisənin üzləşəcəyi vəsait çatışmazlığı ya qısamüddətli borc götürmək, ya da dövlət tərəfindən sərmayədən kənar dəstək zərurəti yaradacaq. Bütün bunlar dərhal azı 1 % həcmində tarif artımının zəruriliyini göstərir. Hərçənd ölkədə pərakəndə tariflərin və elektrik satınalması tariflərinin gələcəkdə də indiki səviyyədə qalacağı gözlənilir.
ADB-nin proqnozuna görə, “Azərişığ”ın kapitalı 2020-ci ildəki 2,110 milyard manatdan 2023-cü ildə 2,410 milyard manata, 2024-cü ildə 2,514 milyard manata, 2025-ci ildə 2,624 milyard manatadək artırılacaq. ASC-nin gəlirləri müvafiq olaraq 1,234 milyard manatdan 1,270 milyard, 1,285 milyard, 1,299 milyard manatadək artacaq.