Adil Vəliyev yaşayış qəsəbəsində mərmər sexi tikdirir- Video

adilİcra başçısı qadını hədələyib jurnalistdən qaçdı
Sabuncu qəsəbə sakini Tahirə Ağasıyeva Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi yaşayış masssivində mərmər sexi tikdirməkdə ittiham etdi.
xural.com meydan.tv-yə istinadən xəbər verir ki, T.Ağasıyeva bununla bağlı yuxarı instansiyalara şikayət etdiyi üçün icra başçısı onu evinin bulduzerin altına verəcəyilə təhdid edib.
Şikayətçinin dediyinə görə, icra başçısı yaşadıqları evin qarşısında – 4 hektarlıq ərazidə mərmər sexi tikdirir. Bu tikilinin yerinə ərazidə park salınmasını istəyən qəsəbə sakini Prezident Administrasiyasına və bir sıra nazirliklərə icra başçısından şikayət edib.
T.Ağasıyeva bildirir ki, bundan sonra icra başçısı yaşadığı əraziyə gəlib. Həmin vaxt dərdini demək uçun başçıya yaxınlaşsa da Adil Vəliyev onu təhdid edib.
Tahirə Ağasıyevə deyir ki, həmin gün RİH işçiləri 3 saat onun qapısında gözləyib, ona ərizə yazdırdıqdan sonra gediblər. Ərazidəki bəzi sakinlər də tikintidən narazı olduqlarını deyirlər.
Şikayətçi onu da deyir ki, RİH işçiləri tikinti aparılan ərazinin SOCAR-a aid olduğunu desələr də sakinlər bu ərazidə yalnız icra başçısının işçilərini görüblər. Tahirə Ağasıyevanın söylədyinə görə, bundan sonra başına bir iş gəlsə, bunun səbəbkarının Adil Vəliyev olması ilə bağlı artıq 102 xidmətinə də məlumat verib.
Jurnalist şikayətçi ilə birgə Sabunçu Rayon İcra Hakimiyyətində olub. Mühafizəçi qurumun mətbuat xidmətinin olmadığını, icra başçısına jurnalistin və şikayətçinin gəldiyini bildirdiyini deyib. Avqustun 28-də Adil Vəliyevin saat 17:00-dək qəbul saatı olsa da o, saat 16 radələrində haqqındakı ittihamlara cavab vermədən binanı tərk edib.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button