ADNA-da faciə qurbanları yad edildi

Bu gün Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı olayın 2-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, əvvəlcə hadisə qurbanlarının yad etmək üçün Neft Akademiyasının binasına dinc yürüş edilib. Faciə qurbanlarını yad edərək, Akademiyanın pilləkənləri üzərinə qərənfillər düzüblər. Anım mərasimində Milli Şuranın sədri, millət vəkili Fuad Muradov və təşkilatın baş katibi Orxan Ərəbov, digər nümayəndələri iştirak ediblər. F.Muradov anım mərasimində iştirak etməklə gənclərlə bir arada olduqlarını göstərdiklərini deyib:  “Bütün dünyada bu hadisələr pislənir. Düşünürəm ki, bu gün bura yığışan gənclərin ən böyük amalı bu hadisələrin heç vaxt baş verməməsidir. Bu qanlı hadisə bütün tələbələrin həyatında dərin iz qoyacaq. Bu gün bura gələn gənclərin məqsədi orada öldürülən tələbələri unutmadıqlarını, Azərbaycan gəncliyi olaraq həmin insanlara həmrəy olduqlarını göstərir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hadisə qurbanlarını yad etmək üçün neft Akademiyasına dinc yürüş ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button