Rubrikalar: MARAQLI XuralTAC

Adnan Oktarın lüks villasından şok görüntülər üzə çıxdı – FOTOLAR

Gizli şifrələr, lüks yaşam və daha nələr….

Cinayətkar dəstəsinin rəhbəri olan Adnan Oktarın İstanbulun Çəngəlköy yaxınlığında 30 ildir yaşadığı və təşkilatın mərkəzi olaraq istifadə etdiyi villaya ilk dəfə Türkiyənin “Sabah” qəzetinin əməkdaşları daxil olub.

Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, 70 ayrı kamera ilə qorunan milyon dollarlıq villada Adnan Oktarın lüks həyatının izləri qalır. Polisdən verilən məlumata görə görə dağınıq haldakı villa qısa müddət ərzində söküləcək.

ULTRA MÜHAFİZƏ

Ultra mühafizələr və lüks dekorasiya ilə bəzədilən müdhiş İstanbul Boğazı mənzərəli milyon dollarlıq villada A.Oktar və onun qurduğu təşkilat üzvlərinin lüks həyatından izlər qalıb. 12 min kvadrat metrlik sahədə tikilmiş villanın yerləşdiyi küçədə hər 250 metrdən bir təhlükəsizlik kamerası quraşdırılıb. Hər təhlükəsizlik nöqtəsində isə 10-a yaxın kamera və villa ilə əlaqə yaradıla biləcək daxili telefonlar var.

Küçənin sonunda yerləşən villa bağçasına daxil olanda isə ən üst bölümdə avtopark yer alır. Avtoparkın içərisində iri şüşə fanus içərisində 3 ədəd lüks idman aləti diqqət çəkir. Burada “aslan”ların idman edərək, fit görüntüyə sahib olduğu anlaşılır.

“KEDİCİK VƏ ASLAN OTAQLARI

Nərdivanlardan aşağıya doğru enəndə isə sağda və solda Adnan Oktarın kedicik və aslancıq adlandırdığı təşkilat üzvlərinin otaqları yerləşir. Həmin otaqlarda bu şəxslərə aid olduqca lüks geyim və ayaqqabılar da diqqət çəkir.

Aşağıya doğru endikcə daha da lüksləşən otaqlarda təşkilat üzvü olan qadınların qaldığı görülür. Çəhrayı və qızıl rəngli, təxminən bütün divarları aynalarla örtülü otaqlarda bahalı geyim, bəzək əşyaları və ayaqqabılar diqqət çəkir. Bundan başqa, villanın bütün otaqlarında yüzlərlə vitamin və dərman qabları görünür.

DİQQƏT ÇƏKƏN QEYD: QAÇA BİLƏRİK

Aşağıya doğru endikcə kənarlara paylanmış lüks otaqlar artmağa başlayır. İkimərtəbəli bu otaqların içində ən diqqət çəkən bir digər detal isə “kedicik” adlandırılan təşkilat üzvlərinin otaqlarında çoxlu sayda pişiyə qulluq edilməsi idi.

Buralarda pişik yemləri, pişik qumları və pişiklərin ehtiyac duyduğu əşyalar var. Ayrıca otaqlardan birinin qapısı üstündə “Lütfən qapını açıq saxlamayın. Qaça bilərik” yazısı da diqqət çəkir. Bu isə villadakı bəzi qadınların orda zorla saxlanması ilə bağlı bəzi ifadələri təsdiqləyir.

ADNAN OKTARIN YATAQ OTAĞI

Villanın ən gözəl yerində Adnan Oktarın yataq otağı yerləşir. Bu otaqda ikinəfərlik yataq və bir də təkadamlıq yataq yerləşir. Bu da Adnan Oktarın öz otağında tək qalmadığını sübut edir.

SƏCCADƏ VƏ NÜ TABLOLAR

Adnan Oktarın yataq otağının yanında isə geyim otağı yerləşir. Burada Oktarın verilişlərdə geyindiyi bahalı dəst kostyumlar, ayaqqabı və kəmərlər var. Üst mərtəbədə isə Oktarın jakuzili hamamını görmək olar. Hamamdakı dekorasiya və tablolar diqqət çəkir. Jakuzinin düz yanında kiçik bir otaq yerləşir. Bu otaqda yerləşən bir səccadə, üstündə bir balış və ətrafında nü tablolar diqqət çəkib. Oktarın bu otaqda gündə 2 dəfə namaz qıldığı bildirilib. Amma namaz qıldığı otaqda nü qadın tablolarının olması heyrət doğurur.

DURBİNLİ SEYR ÜÇÜN BALKON

Villanın tam ortasında İstanbul Boğazının müdhiş mənzərəsinin seyr edə biləcəyi ikimərtəbəli bir teras da yer alır. Adnan Oktarın istifadə etdiyi bu sahədəki masada bir durbinin olması diqqət çəkir. Adnan Oktarın buradan durbinlə insanları izlədiyi təxmin edilir.

Sevinc
Musavat.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
Xural.COM