ADR fəalı həbs olunub

Yayımlandı: 11 Fevral 2024 18:50

“Bir sutkaya yaxındır ailəyə onun hara aparılması barədə heç bir məlumat verilmir”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) Gənclər Təşkilat Komitəsinin üzvü Əyyub Çələbi həbs olunub. Partiyadan Meydan TV-yə verilən məlumata görə, gənc fəal fevralın 10-da axşam saat 18.00 radələrində dükana getmək üçün evdən çıxıb. O vaxtdan da geri qayıtmayıb.

Qonşuluqda yaşayanların ailəyə dediyinə görə, Əyyub Cələbini evinin yaxınlığında mülki geyimli şəxslər zorla maşına mindirib aparıblar.

“Həmin mülki geymli şəxslərin polis olduqları ehtimal olunur. Amma bir sutkaya yaxındır ailəyə onun hara aparılması barədə heç bir məlumat verilmir”, – partiyadan bildirilib.

Əyyub Çələbi Qarabağ əlil Xəyyam Çələbinin oğludur. O, Qaradağ rayonu, Cənub Qapısı yaşayış massivində yaşayır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb: “O, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button