Aeroportda vəziyyət: kütlə təyyarələrə hücum edir, yerdə meyitlər uzanıb…

“Taliban”ın Əfqanıstan paytaxtı Kabili tutmasından və ölkədə hakimiyyəti ələ almasından sonra on minlərlə əfqan orta əsrlər şəriət qaydaları altında yaşamaq istəməyərək ölkəni tərk etməyə çalışır.

Virtualaz.org qeyd edir ki, hazırda Əfqanıstanın bütün qonşu ölkələrlə sərhəd-nəzarət məntəqələri “Taliban”ın nəzarətində olduğundan ölkədən ya qaçaq yollarla, ya da hələlik taliblərin nəzarətinə keçməyən, o cümlədən 120 Azərbaycan sülhməramlı hərbçisinin qoruduğu Kabil beynəlxalq aeroportundan çıxmaq mümkündür.

Dünəndən etibarən minlərlə əfqanıstanlı Kabil aeroportuna axın edərək təyyarələrə doluşmağa və taliblərin əlindən qaçmağa çalışır. Nəticədə aeroportda əsl xaos yaranıb, kütlə birbaşa uçuş-enmə zolağına axın edir və traplardan sallanaraq zorla təyyarələrin salonuna keçməyə çalışır. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən aeroport ərazisində meyitlər də var. Ehtimal olunur ki, onlar basabasda ayaq altında qalıb ölənlərdir. Meyitləri isə yığışdıran yoxdur və təyyarələrə doluşmaq istəyənlər onların üstündən tapdalayıb keçir.

Kabil aeroportunda hökm sürən vəziyyət barədə bir neçə videokadrları təqdim edirik:

  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button