Ağ Ev Con Kennedinin qətli ilə bağlı yeni materialları açıqlayacaq

"Milli təhlükəsizliyə xələl gətirməyəcək dərəcədə"

ABŞ prezidentinin administrasiyası bu ilin dekabr ayının 15-nə qədər ölkənin 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə müəmmalı qətlinə dair yeni materiallar açıqlayacaq.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Qeyd etmək lazımdır ki, ABŞ Konqresi hələ 1992-ci ildə Kennedi cinayəti ilə bağlı bütün qaynaq və sənədlərin “ölkənin müdafiəsinə, kəşfiyyatına, milli təhlükəsizliyinə xələl gətirməyəcək dərəcədə” tədricən açılması barədə qərar qəbul edib.

Birləşmiş Ştatların hazırkı rəhbəri Co Bayden həmin materialların dərc qaydasını artıq təsdiqləyib. Dekabrın 15-də onların ilk hissəsi elan olunacaq.

Xüsusi xidmət orqanları ikinci hissənin dərcinin daha başqa tarixə ertələnməsini istəyib. Bununla bağlı ABŞ Milli arxiv və sənədləşmə idarəsi də hökumətə müvafiq sorğu göndərib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button