AĞ Partiya başqanından iddialı açıqlama: “Ölkənin gələcəyinin bizdən asılı olduğunun fərqindəyik!”
Xural.com AĞ Partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu günlərdə AĞ Partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda partiyanın cari və qarşıda duran işləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, ölkədəki hazırkı ictimai-siyasi vəziyyət ətraflı müzakirə edilib, hazırkı vəziyyətdə#AĞ_Partiyanın atmalı olduğu addımlar və görülməli işlər barədə qərarlar qəbul edilib. Partiyanın başqanı Tural Abbaslı özünün facebook səhifəsində bu haqda məlumat verib. T.Abbaslı məlumatı belə bitirib:
“Azərbaycanın ən gənc kollektivə malik olan siyasi partiyası olaraq ölkənin gələcəyinin elə məhz bizdən asılı olduğunun fərqindəyik və bu məsuliyyətlə hərəkət edib xalqımızı işıqlı gələcəyə çıxaracağıq, inşaALLAH!”
Xural.com