AGBank-ın “Elmlər” filialındakı kiçik qəza aradan qaldırılıb

AGBANKYanvar;n 13-də səhər saatlarında qısa qapanma nəticəsində AGBank-ın “Elmlər” filialında yanğın baş verib.

Lakin bankın əməkdaşlarının və yanğınsöndürmə xidmətinin təcili  müdaxiləsi nəticəsində xoşagəlməz hadisə ətrafa güclü ziyan vurmayıb. Server və kassa şəbəkəsi işlək vəziyyətindədir. Hal-hazırda filialda xırda təmir işləri aparılır və qısa vaxt ərzində başa çatması nəzərdə tutulub.

AGBank yaranan narahatçılığa görə filial müştərilərindən üzr istəyir və müvəqqəti olaraq bankın digər filiallarına müraciət etməyi xahiş edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button