Ağdam, Füzuli və Cəbrayılın 29 kəndinin… sakinlərinə aylıq müavinət dayandırılıb

Füzuli rayonunun Horadiz şəhəri, 21 kəndi, Ağdam rayonunun yeddi, Cəbrayıl rayonunun isə bir kəndində (2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı) daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən dayandırılıb.

Bu barədə “Turan”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, amma qalan məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi davam edəcək. Onların hələ üç il müavinət alacaqları gözlənilir.

Məcburi köçkünlər üçün yemək xərci, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. Müavinətin məbləği qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 33 və 60 manat məbləğində müəyyən olunub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button