Ağdam rayon icra başçısı vəzifəsindən azad edilib

Raqub Məmmədov

Prezident Binəqədi rayonuna yeni icra başçısı təyin edib

Prezident İlham Əliyev Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun vəzifəsindən azad edilməsi barədə sərəncamimzalayıb.

Bununla paralel prezident Binəqədi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Mayın 17-də vəzifəsindən azad edilən Xaləddin İsgəndərovu Elxan Allahverdiyev əvəz edib.

Mətbuat yeni təyin olunan icra başçısı Elxan Allahverdiyevin bundan əvvəl bank sahəsində çalışdığını yazıb. Məlumata görə o, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button