Ağdaşda baş verən yol qəzasında beş nəfər ölüb

128db5d658a3542f3024a48bf5c8fd9b

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Hüseynov və sərnişinləri – Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda ağır yol qəzası olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində  “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Aran Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:45-də başa çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button