Ağsaqqallar Şurasını sədri Mircəfər Həsənov “Dental Klinika”nın damında bağ saldı

YAP Nərimanov rayon Ağsaqqallar Şurasını sədri Mircəfər (Miri) Həsənov “Dental Klinika”nın damında bağ saldı

Heydər Əliyev prospekti 99 D ünvanında yerləşən “Dental klinika”nın damı qonşu 63-65 ünvanında yaşayan və ofisi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov tərəfindən 2 ildən çoxdur zəbt edilib.

Qeyd edək ki, Heydər Əliyev prospektində olan bu binada bir müddət əvvəl üzləşdirmə işləri aparılıb və “çıxıntılı binalar kateqoriyası”na daxil edilib.  Həmin dövrdə bu fürsətdən istifadə edən Mircəfər Həsənov Nəcəfovlara məxsus evin və klinikanın damından yararlanmağa başlayıb. Bununla da  Nəcəfovların həyatını cəhənnəmə döndərib.

Azərbaycan Respublikası qanunları əsasında fəaliyyətə başlayan “Dental Klinika”nın direktoru Şəfəq Nəcəfova damdan axıdılan təbii və qeyri-təbii suların qarşısını almaq üçün dəfələrlə  klinikanın damında təmir işləri aparmağa cəhd edib.

Lakin üst qatda yaşayan və pəncərələri dama açılan Mircəfər Həsənov buna mane olub. Sonradan məlum olub ki, damı zəbt edən Miri Həsənov orada bağ salıb. Ona görə də təmir işlərinin aparılmasına imkan vermir.  Bu azmış kimi, təmirdə israrlı olan Nəcəfovları dəfələrlə ağır söyüşlərlə, dava-dalaşla, səs-küylə bu niyyətlərindən əl çəkməyə vadar edib.

Şəfəq Nəcəfovanın sözlərinə görə, qanuna müvafiq şəkildə hüquq-mühafizə orqanlarına,  Nərimanov rayon icra hakimiyyətinə,  Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə etdiyi şikayətlərin, prezident İlham Əliyevə, vitse-prezident, xanım  Mehriban Əliyevaya etdiyi müraciətlərin qarşılığında Mircəfər Həsənov dəfələrlə onu şantaj və təhqir edib. Bu azmış kimi YAP Ağsaqqallar Şurasının Nərimanov rayonu üzrə sədr səlahiyyəti həddini aşaraq, digər  qonşuları da, o cümlədən Şəfəq Nəcəfovanın ümumiyyətlə tanımadığı, ünsiyyətdə olmadığı adamların adından klinikaya qarşı imza toplatdırıb.  Halbuki sakinlərdən indiyədək heç bir şikayət eşitmədiyini deyən klinika rəhbəri xidməti fəaliyyətlərini önə çəkdi:

“Biz 24 saat vətəndaşların xidmətindəyik. Öz işimizi layiqincə yerinə yetirməyə çalışırıq. Sakinlər bizdən nə üçün narazı qalmalıdırlar ki?”

Şəfəq Nəcəfovanın sözlərinə görə, Mircəfər Həsənovu tanıdığı vaxtdan hər zaman  mülkiyyət davasında olduğunu, 2009-cu ildə Heydər Əliyev prospektində ağlay işləri aparılarkən sakinlərin etirazlarına baxmayaraq, məhz özünün min-bir yolla qaraj tikdirdiyini diqqətə çatdırdı. Mircəfər Həsənov mənzilini qanunla nəzərdə tutulan sahədən daha artığına nail olmaq üçün beton konstuksiyanı dağıtdırıb və eyvanını heç bir qanuni əsas olmadan “Dental Klinika”nın damı hesabına böyüdərək, mülkiyyətinə daxil edib.  Digər qonşu Alik İsmayılov da eyvanı damın hesabına böyütməyə çalışsa da onunla bağlı heç bir rəsmi sənəd əldə edə bilməyib. Şəfəq Nəcəfova hesab edir ki, məhz bu faktın özü Mircəfər Həsənovun öz səlahiyyətlərindən sui istifadə etməsindən xəbər verir. Həm Miri Həsənov və həm də Alik İsmayılov bundan bir neçə il əvvəl Şəfəq Nəcəfovanın həyat yoldaşına məxsus mənzilin dam örtüyündə əlavə mənzil tikiblər və hansısa yollarla bu qanunsuzluğu qanuniləşdiriblər.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

Xural.com

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button