Ağstafada orta məktəbi qəbiristanlığın içində tikdilər-FAKT

“Ağstafa rayon Köhnəqışlaq kənd məktəbi rayonun başbilənləri Məhərrəm Quliyevin, RİH-in memarı, əslən Köhnəqışlaqdan olan Sənan Mustafayevin israrlı təkidlərindən sonra kənd qəbiristanlığına bitişik tikilib. Qəbiristanlıqda dəfn mərasimləri məktəb şagirdlərinin gözü qarşısında baş verir” – bu haqda xural.com-u Ağstafa sakinləri məlumatlandırıblar. Onların dediyinə görə, mərhumlarını yad etməyə gələnlərin ağlaşma səsləri şagirdlərdə pisixoloji zədə yaradır və bu səbəbdən valideynlərin çoxu övladlarını qonşu Tatlı kənd məktəbində oxutdururlar. Sakinlərin verdiyi məlumatlara görə, nə yazıqlar ki, kənd camaatının prezidentə, Təhsil Nazirliyinə yazdıqları etiraz məktubları nəticəsiz qalır və yaramazlar bilərəkdən, məqsədli şəkildə ölkədə yeni nəslin savadsız, qüsurlu yetişməsinə çalışırlar. “Bu da genefondumuza vurulan ən ağır zərbədir” deyə xural.com-a müraciət edən yerli sakinlər, məsələni ictimailəşdirmək üçün bizdən dəstək istəyirlər…

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button