Aİ rəsmisi: “Azərbaycanda media ilə bağlı vəziyyət narahatlıq doğurur”

Yayımlandı: 2 May 2024 17:22

Peter Mixalko hökumətlə bu sahədə dialoqu davam etdirdiklərini deyir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko
deyib ki, ifadə, mətbuat və informasiya azadlığı məsələləri Brüssellə Bakının münasibətlərinin bir hissəsidir.

O bu açıqlamanı mayın 2-də Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşündə səsləndirib.

Mixalko deyib ki, ifadə və mətbuat azadlığı demokratik standartların və sistemin əsas elementləridir:

“Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa İttifaqı bunu xüsusi olaraq vurğulayır. Lakin təəssüf ki, jurnalistika dünyada getdikcə daha təhlükəli peşəyə çevrilir. Təkcə keçən il 100 jurnalist öldürülüb və bu, son illərin ən yüksək göstəricisidir. Bundan başqa, hazırda 300 jurnalist həbsdədir“.

“Turan“ın Aİ-nin mətbuat azadlığının təmin edilməsinə hansı töhfəni verə biləcəyi haqqında sualına Mixalko belə cavab verib:

“Bu məsələlər Bakı ilə diaqloqumuzda prioritet xarakter daşıyır. KİV azadlığı prioritetlərimizdən biridir. Bu məsələ hər zaman gündəlikdədir və Azərbaycandakı vəziyyət narahatlıq doğurur və biz dialoqumuzda buna diqqət yetiririk”.

Diplomat Azərbaycanda jurnalistlərin son həbslərini və media ilə bağlı vəziyyəti təəssüflə vurğulayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button